Bu ay ölkədə açıq havada keçiriləcək yarışların sayı açıqlandı

Bu ay ölkədə açıq havada keçiriləcək yarışların sayı açıqlandı Ay ərzində Azərbaycanda açıq havada keçiriləcək idman yarışlarının sayı bəlli olub.
Fərdi
9 Sentyabr , 2020 12:04
Bu ay ölkədə açıq havada keçiriləcək yarışların sayı açıqlandı
0 : 00
0 : 00

Sentyabr ayı ərzində Azərbaycanda açıq havada 17 idman yarışı keçiriləcək. 

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin (AGİN) Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, yarışlar basketbol, stolüstü tennis, futbol, mini-futbol, strongman, atletika, həndbol, florbol, badminton, üzgüçülük və şahmat idman növləri üzrə təşkil olunacaq.  

İlk olaraq, sentyabrın 5-də Mingəçevir şəhər stadionunda basketbol üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Respublika turniri gerçəkləşib.

Sentyabrın 23-də açıq havadakı son yarış Xüsusi Olimpiya proqramına uyğun olaraq stolüstü tennis üzrə ölkə turniri olacaq. 

Bu gün xüsusi olimpiya proqramına uyğun olaraq keçirilməsi planlaşdırılan stolüstü tennis üzrə ölkə turniri isə ayın sonuna təxirə salınıb. Səbəb yarışın keçiriləcəyi Bakı Tennis Akademiyasının Təhsil Nazirliyinin tabeliyində olmasıdır. Xüsusi Olimpiya Komitəsi nazirliyin icazə verəcəyi vaxt yarışı keçirəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi