Brilyant Liqa yarışında dünya rekordu qeydə alınıb

Brilyant Liqa yarışında dünya rekordu qeydə alınıb Britaniya yüngül atleti Mo Fara Brilyant Liqa yarışında saat qaçışı üzrə dünya rekorduna imza atıb.
Fərdi
5 Sentyabr , 2020 03:39
Brilyant Liqa yarışında dünya rekordu qeydə alınıb
Мо Фара

Britaniya yüngül atleti Mo Fara Brilyant Liqa yarışında saat qaçışı üzrə dünya rekorduna imza atıb.

“Report” xəbər verir ki, bu barədə “The Strait Times” məlumat yayıb.

Qeyd edilir ki, o, Brüsseldə Brilyant Liqasında 21 330 metri 60 dəqiqəyə qət edib.

Daha əvvəl bu nailiyyətə Efiopiyanın marafon qaçışı üzrə idmançısı Xayle Qebreselassie imza atıb. O, 27 iyun 2007-ci ildə rekord əldə edib.

Yüngül atlet Mo Fara orta və uzun distansiyalara qaçış idmanı üzrə məşhurdur. O, 5 və 10 min metr məsafələrə qaçış üzrə dördqat Olimpiya, altıqat dünya və beşqat Avropa çempionudur.

Son xəbərlər

Orphus sistemi