Bakıda qəza törədən pilotun müqaviləsi uzadıldı

Bakıda qəza törədən pilotun müqaviləsi uzadıldı "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandası pilotları Corc Rassell və Nikolas Latifi ilə müqavilənin müddətini uzadıb.
Fərdi
16 İyul , 2020 16:40
Bakıda qəza törədən pilotun müqaviləsi uzadıldı
Corc Rassell və Nikolas Latifi

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandası pilotları - Corc RassellNikolas Latifi ilə müqavilənin müddətini uzadıb.

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, hər iki sürücü növbəti - 2021 mövsümündə də komandada qalacaqlar.

Qeyd edək ki, Corc Rassell bu il keçirilmiş Virtual Azərbaycan Qran-prisinin qalibidir. O həmçinin 2019-cu ildə Azərbaycan Qran-prisində qəza törədib. Onun idarə etdiyi bolid trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görüb.

Son xəbərlər

Orphus sistemi