Azərbaycanın karate yığması Türkiyədə ikinci olub

Azərbaycanın karate yığması Türkiyədə ikinci olub Türkiyənin Rize şəhərində karate üzrə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı başa çatıb.
Fərdi
27 Avqust , 2019 13:13
Azərbaycanın karate yığması Türkiyədə ikinci olub

Türkiyənin Rize şəhərində karate üzrə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı başa çatıb.

“Report” xəbər verir ki, ənənəvi yarışa 162 karateçi ilə qatılan Azərbaycan yığması 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar.

Rize Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi