Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fərdi
27 Avqust , 2019 16:04
Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmanç tacikistanlı Somon Mahmadbekovla üz-üzə gəlib. Rəqibini əlavə vaxtda məğlub edən Heydərov bürünc medal qazanıb. Bu, həmçinin Azərbaycan cüdoçularının dünya çempionatında ilk medalı olub. 

73 kq-dakı digər cüdoçu Rüstəm Orucov finalda yaponiyalı Ono Syoxeyin müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər. Bu gün isə İçinxorloo Munxtsedev (57 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıb.

Son xəbərlər

Orphus sistemi