Azərbaycan samboçuları Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan samboçuları Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər Gürcüstanda 7-8 sentyabr tarixində dünya və Avropa çempionu, ölkə yığmasının keçmiş məşqçisi Arçil Çoxelinin xatirəsinə həsr olunan sambo üzrə beynəlxalq turnir keçiriləcək.
Fərdi
6 Sentyabr , 2019 11:59
Azərbaycan samboçuları Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Gürcüstanda 7-8 sentyabr tarixində dünya və Avropa çempionu, ölkə yığmasının keçmiş məşqçisi Arçil Çoxelinin xatirəsinə həsr olunan sambo üzrə beynəlxalq turnir keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Şota Çoçişvili adına Cüdo Akademiyasında baş tutacaq yarışda Gürcüstanla yanaşı Azərbaycan, Belarus, Almaniya, İsrail, Rusiya, Yunanıstan, Ermənistan və Qazaxısandan olan samboçular iştirak edəcəklər.

Beynəlxalq turnir 2014-cü ildən etibarən keçirilir. 2016-cı ildən isə yarış Beynəlxalq Sambo Federasiyasının təqviminə daxil edilib. 

Son xəbərlər

Orphus sistemi