Azərbaycan karateçiləri "Bazel Open"də altı medal qazanıblar

Azərbaycan karateçiləri "Bazel Open"də altı medal qazanıblar Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak edib.
Fərdi
3 Sentyabr , 2019 18:26
Azərbaycan karateçiləri Bazel Opendə altı medal qazanıblar

Azərbaycan karateçiləri İsveçrənin Bazel şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak edib. 

"Report"un məlumatına görə, milli komandanın üzvlərindən Şahin Atamov "Masters" seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıb.

Fərdi yarışlarda İlahə Qasımova (55 kq) və Fəridə Əliyeva (68 kq) ikinci yeri, Novruz Əliyev (75 kq) üçüncü pilləni tutub. Bu nəticələrlə Azərbaycan karateçiləri "Bazel Open"də 6 medala sahib olublar.

10 illik yubiley turnirinə 28 ölkədən 788 idmançı qatılıb. Milli komandanın digər üzvləri həftəsonu Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinə hazırlıqla əlaqədar bu yarışa yollanmayıblar.

Son xəbərlər

Orphus sistemi