Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının ikinci günündə çıxışlarını başa vurublar.
“Report” xəbər verir ki, son olaraq 66 kq çəkidə Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda misirli Məhəmməd Abdelmaugouda uduzub.
Qeyd edək ki, bu gün yarışan Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal şansını əldən veriblər. İlk yarış günündə mübarizə aparan Azərbaycanın 3 təmsilçisi - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Əliyeva Leyla da (hər ikisi 48 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.