Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.
Fərdi
9 Sentyabr , 2019 16:36
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. O, türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvlərindən sentyabrın 10-da rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tyaqo Punyo (İsveçrə) ilə qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi