Kanada şirkəti Azərbaycanda daha bir yataqda quyunu dərinləşdirmək prosesinə başlayır

Kanada şirkəti Azərbaycanda daha bir yataqda quyunu dərinləşdirmək prosesinə başlayır Kanadanın “Zenith Energy LTD” şirkəti bu həftə Cəfərli yatağındakı quyuların birində dərinləşmə işlərinə başlayacaq.
Energetika
22 İyul , 2019 19:26
Kanada şirkəti Azərbaycanda daha bir yataqda quyunu dərinləşdirmək prosesinə başlayır

Kanadanın “Zenith Energy LTD” şirkəti bu həftə "Cəfərli" yatağındakı quyuların birində dərinləşmə işlərinə başlayacaq. 

“Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada qeyd edilir.

Şirkət C-37 quyusunu mövcud 3987 metrdən 30-40 metrə qədər dərinləşdirmək istəyir. Yəni Orta Eosen torpaq qatının bütün təbəqələri əhatə olunacaq.

"Zenith Energy" hesab edir ki, bu vacib neft ehtiyatlarının saxlanmasına, bitişik C-22 quyusunun hasilat performansının artırlmasına kömək edəcək.

Növbəti hədəf isə C-37 quyusunu 250-300 metr daha dərinləşdirməkdir. Bundan öncə şirkət üst Kretasda və Eosendə test yoxlamaları aparacaq. Bu yoxlamalar isə 30 günə bitməlidir.

“Zenith Energy LTD” bunun üçün qazma qurğularını təkmilləşdirib və baş verə biləcək uğursuzluqların qarşısını almaq üçün 250 min ABŞ dolları dəyərində ehtiyat hissəsi alıb.

Şirkətin baş icraçı direktoru Andrea Cattaneo deyib ki, BD-260 yatağında qazma işlərinin aktivləşdirilməsi daha uzun müddət sürüb:

“Şirkətimizin uğurlu nəticə əldə edəcəyini dörd gözlə gözləyirik”.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi