Yüksək sıxlıqlı polietilen zavodunda bu il 80-100 min ton məhsul istehsalı planlaşdırılır

Yüksək sıxlıqlı polietilen zavodunda bu il 80-100 min ton məhsul istehsalı planlaşdırılır Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən “SOCAR Polymer” layihəsinin yüksək sıxlıqlı polietilen zavodunda bu il 80-100 min ton məhsul istehsalı planlaşdırılır.
Energetika
22 Fevral , 2019 15:38
Yüksək sıxlıqlı polietilen zavodunda bu il 80-100 min ton məhsul istehsalı planlaşdırılır

Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən “SOCAR Polymer” layihəsinin yüksək sıxlıqlı polietilen zavodunda bu il 80-100 min ton məhsul istehsalı planlaşdırılır.

“Report” xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, yüksək sıxlıqlı polietilen ixracına gələn ay başlanılacaq.

"İstehsal olunan məhsulun 70-75%-nin ixrac olunması nəzərdə tutulur. Məhsulların Rusiya, Ukrayna, Türkiyə, Belarus, Avropa, Çin bazarlarına ixracı planlaşdırılır. Zavod 1-2 ay ərzində layihə gücünə çıxacaq. İstehsal olunan məhsul daxili bazarın tələbatını tam ödəyəcək. Düşünürük ki, istehsal etdiyimiz yüksək sıxlıqlı polietilen onlarla yeni müəssisələr üçün xammal kimi istifadə olunacaq və yaxın zamanda ölkədə polimerlərin emalını yüksək səviyyəyə çatdıracaq", - deyə F.Cəfərov qeyd edib.

Qeyd edək ki, “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodu fevralın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Zavodda 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal ediləcək.

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. Şirkətin səhmdarları SOCAR (52,2%), "Vitol" (19%), "PAŞA Holdinq" MMC (9,9%), "Ecoland" (9,8%), "Polimer Investments" (5%) və AKKIK (4,1%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi