Yeni istismara verilmiş estakadayanı meydançadan ilk quyunun qazılmasına başlanıb

Yeni istismara verilmiş estakadayanı meydançadan ilk quyunun qazılmasına başlanıb Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
4 Mart , 2016 17:42
Yeni istismara verilmiş estakadayanı meydançadan ilk quyunun qazılmasına başlanıb

Bakı. 4 mart. REPORT.AZ/ “Neft Daşları” yatağında yeni istismara verilmiş 1637A saylı estakadayanı meydançadan ilk quyunun qazılmasına başlanıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan 2643 nömrəli həmin quyunun layihə dərinliyi 1 980 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Qeyd edək ki, “Azneft” İB-nin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuş 1637A saylı estakadayanı meydançadan ümumilikdə 14 istismar quyusunun qazılması nəzərdə tutulub. Qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi