Yeddi ayda BTC ilə 18,8 mln. ton neft nəql edilib

Yeddi ayda BTC ilə 18,8 mln. ton neft nəql edilib Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləriilə 23 222,5 min ton neft nəql edilib.
Energetika
20 Avqust , 2019 11:40
Yeddi ayda BTC ilə 18,8 mln. ton neft nəql edilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləriilə 23 222,5 min ton neft nəql edilib. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,9% az olub.

Hesabat dövründə nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 18 814,1 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 3,4% azdır. Dövr ərzində BTC kəməri ilə 2 727,2 min ton (26,6% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Son xəbərlər

Orphus sistemi