Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayı ərzində 645,1 min ton həcmində xam neft hasil edib.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Ötən ay Azərbaycan üzrə ümumilikdə 3 367,5 min ton xam neft hasil edilib.
Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə neft hasilatı 7,522 mln. ton, Azərbaycan üzrə isə 41,034 mln. ton təşkil edib.