Yanvarda Azərbaycanda 3,5 mln. ton neft hasil olunub

Yanvarda Azərbaycanda 3,5 mln. ton neft hasil olunub Ötən ay 1,6 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib
Energetika
20 Fevral , 2016 09:40
Yanvarda Azərbaycanda 3,5 mln. ton neft hasil olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Yanvar ayı ərzində mədənçıxarma sənayesində istehsalın həcmi 1,3 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar ayına nisbətən 3,5% azalıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay sahənin əsas məhsulundan biri olan xam neftin hasilatı 3,5 mln. ton təşkil edib. Xam neft hasilatı ötən ilin yanvar ayından 3,9% az olub.

Yanvar ayında 2,5 mlrd. kubmetr həcmində qaz hasil edilib ki, bu da ötən ilin analoji ayından 2,2% çoxdur.

Ötən ay hasil edilən qazın 1,6 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qaz hasilatı ötən ilin yanvar ayına nisbətən 10,5% azalıb. 

Son xəbərlər

Orphus sistemi