Xoşbəxt Yusifzadə: "Azərbaycanla yanaşı, bir neçə ölkə Cənub Qaz Dəhlizindən bəhrələnəcək"

Xoşbəxt Yusifzadə: "Azərbaycanla yanaşı, bir neçə ölkə Cənub Qaz Dəhlizindən bəhrələnəcək" Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanla yanaşı, bir neçə ölkə Cənub Qaz Dəhlizi layihəsindən bəhrələnəcək.
Energetika
31 May , 2018 12:03
Xoşbəxt Yusifzadə: Azərbaycanla yanaşı, bir neçə ölkə Cənub Qaz Dəhlizindən bəhrələnəcək
SOCAR I vitse-prezidenti Xoşbəxt Yusifzadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanla yanaşı, bir neçə ölkə Cənub Qaz Dəhlizi layihəsindən bəhrələnəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə, həm də Avropa ölkələri üçün böyük əhəmiyyətə malikdir.

X.Yusifzadə yaradılan infrastrukturun vacibliyini xüsusi vurğulayıb: "Milyard kubmetrlərlə qaz hasil etmək mümkündür, amma onu nəql etmədən, satışını təşkil etmədən hasil olunan qazın əhəmiyyəti olmur. Əvvəllər qazı beynəlxalq bazarlara çıxarmağa imkan yox idi. Bizim böyük qaz ehtiyatlarımız, böyük potensialımız var. İndi isə yaradılan Cənub Qaz Dəhlizi ilə bu qazı beynəlxalq bazarlara çıxara biləcəyik. Bu isə çox əhəmiyyətlidir". 

Son xəbərlər

Orphus sistemi