Xorvatiyalı nazir: "Gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq"

Xorvatiyalı nazir: "Gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq" Xorvatiya, Monteneqro, Bolqarıstan və Bosniya və Herseqovina SGC layihəsinin tamamlanmasında maraqlıdır
Energetika
23 Fevral , 2017 17:32
Xorvatiyalı nazir: Gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu gün biz Azərbaycanla futbol meydançasında birgəyiksə, inanıram ki, gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq". 

"Report" xəbər verir ki bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi" (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç deyib.

Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç isə çıxışında qeyd edib ki, təmsil etdiyi ölkə SGC-yə böyük maraq göstərir: "Biz - Xorvatiya, Monteneqro, Bolqarıstan və Bosniya və Herseqovinanın nümayəndələri burada iştirak etməklə göstərdik ki, SGC-nin tamamlanmasında və genişlənməsində maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi