​Xaçmaz rayonunda daha bir kəndə qaz verilib

​Xaçmaz rayonunda daha bir kəndə qaz verilib Bu dəfə təbii qaz rayonun Aşağı Zeyid kəndinə verilib
Energetika
6 İyul , 2015 17:22
​Xaçmaz rayonunda daha bir kəndə qaz verilib

Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun 193 abonenti olan Aşağı Zeyid kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Aşağı Zeyid kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 12 143 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 193 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi