​Vahid Ələkbərov: "Neftin qiyməti 25 dollara düşə bilər"

​Vahid Ələkbərov: "Neftin qiyməti 25 dollara düşə bilər" "LUKoil"un prezidenti hesab edir ki, bu il bazarda qiymət dəyişkənliyi müşahidə olunacaq
Energetika
16 Yanvar , 2015 14:07
​Vahid Ələkbərov: Neftin qiyməti 25 dollara düşə bilər

Bakı. 16 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 25 dollar/barelədək ucuzlşacağı istisna olunmur. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

V.Ələkbərovun sözlərinə görə, buna səbəb OPEC ölkələri, o cümlədədn Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaması planı olacaq. Lakin "LUKoil" rəhbəri bunun qısamüddətli olacağını düşünür. Eyni zamanda, V.Ələkbərov qeyd edir ki, 2015-ci il ərzində dünya neft bazarında qiymət sabitsizliyi və fərqli qiymət dəyişkənliyi müşahidə olunacaq.

Xatırladaq ki, 2014-cü ilin ortalarından indiyədək "qara qızıl"ın qiyməti iki dəfədən çox azalaraq artıq təxminən 47 dollar/barel həddinə yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi