“Ukrtransnafta”nın xalis mənfəəti 29% azalıb

“Ukrtransnafta”nın xalis mənfəəti 29% azalıb Şirkətin xalis mənfəəti 1,280 mlrd. qrivna olub
Energetika
26 Oktyabr , 2016 13:00
“Ukrtransnafta”nın xalis mənfəəti 29% azalıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində “Ukrtransnafta” şirkətinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% və ya 531,672 mln. qrivna azalaraq 1,280 mlrd. qrivna olub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, şirkətin xalis gəliri isə 7,4% yaxud 175,191 mln. qrivna artaraq 2,532 mlrd. qrivnaya çatıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna ərazisi ilə Avropa ölkələrinə neft tranziti ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6% yaxud da 1,705 mln. ton azalaraq 9,97 mln. ton olub.

Son xəbərlər

Orphus sistemi