“Ukrtransnafta” hərraca çıxardığı “AzeriLight” neftinin bütün həcmlərini satıb

“Ukrtransnafta” hərraca çıxardığı “AzeriLight” neftinin bütün həcmlərini satıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Ukraynanın “Ukrtransnafta” şirkəti hərraca çıxarılmış 7 min ton “AzeriLight” neftinin bütün həcminin satışını həyata keçirib.
Energetika
30 Oktyabr , 2018 17:16
“Ukrtransnafta” hərraca çıxardığı “AzeriLight” neftinin bütün həcmlərini satıb
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ukraynanın “Ukrtransnafta” şirkəti hərraca çıxarılmış 7 min ton “AzeriLight” neftinin bütün həcminin satışını həyata keçirib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Ukrayna Energetika Birjası”nın məlumatında deyilir.

Bütün neft həcmlərini “Privat” şirkəti Kremençuq Neft Emalı Zavodu emal üçün alıb. Xammal Odessa vilayətinin Cənub limanının anbar parkından satılıb. Neftin tədarükü 13-23 noyabr tarixlərində həyata keçiriləcək.

Qeyd edək ki, sonuncu dəfə “Privat” “Ukrtransnafta” şirkətindən “AzeriLight” markalı Azərbaycan neftini 2018-ci ilin avqust ayında əldə edib. 

Son xəbərlər

Orphus sistemi