“Ukrtransnafta” daha 15 min ton Azərbaycan neftini satışa çıxaracaq

“Ukrtransnafta” daha 15 min ton Azərbaycan neftini satışa çıxaracaq Bakı. 13 iyul. REPORT.AZ/ “Ukrtransnafta” iyulun 17-də növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından 15 min ton həcmində “AzeriLight” markalı nefti satışa çıxaracaq.
Energetika
13 İyul , 2018 14:04
“Ukrtransnafta” daha 15 min ton Azərbaycan neftini satışa çıxaracaq

Bakı. 13 iyul. REPORT.AZ/ “Ukrtransnafta” iyulun 17-də növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından 15 min ton həcmində “AzeriLight” markalı nefti satışa çıxaracaq.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.

Təklif olunan həcm hər biri 5 min ton olmaqla 3 Lota bölünəcək. Ticarət əvvəlki kimi differensial rejimdə həyata keçiriləcək. Neftin nəqli öncədən ödənişlə iyulun 28-dən avqustun 8-dək baş tutacaq.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.

Son xəbərlər

Orphus sistemi