Ukrayna şirkəti Rusiyanı məhkəməyə verib

Ukrayna şirkəti Rusiyanı məhkəməyə verib “Naftoqaz” Haaqa məhkəməsində qonşu ölkəyə qarşı 5 mlrd. dollarlıq iddia qaldırıb
Energetika
20 Sentyabr , 2017 11:49
Ukrayna şirkəti Rusiyanı məhkəməyə verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ukraynanın “Naftoqaz” şirkəti Haaqa məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

“Report” xəbər verir ki, şirkət qonşu ölkədən 5 mlrd. ABŞ dolları məbləğində pul tələb edir.

İddiaya səbəb Rusiyanın “Naftoqaz”ın Krımdakı aktivlərini ələ keçirməsidir. Şirkət üzləşdiyi itkinin kompensasiya olunmasını tələb edir. 

Xatırladaq ki, bir qədər əvvəl "Naftoqaz"ın Rusiyanın təbii qaz inhisarçısı "Qazprom" şirkətinə qarşı iddia qaldıracağı deyilirdi. 

Son xəbərlər

Orphus sistemi