​Türkiyədə TANAP üçün atom elektrik stansiyaları tikilir

​Türkiyədə TANAP üçün atom elektrik stansiyaları tikilir Bu, TANAP-ın ötürmə qabiliyyətini illik 180 mlrd. kubmetrə çatdırmağa yardım edəcək
Energetika
3 Avqust , 2015 19:50
​Türkiyədə TANAP üçün atom elektrik stansiyaları tikilir

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyə ümumi həcmi 10 min meqavat olan 3 atom elektrik stansiyası tikməyi planlaşdırır. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu stansiyalar 2018-ci ildə Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) qoşulacaq.

Məlumata görə, bu, TANAP-ın ötürmə qabiliyyətini illik 180 mlrd. kubmetrə çatdırmağa yardım edəcək.

Enerji layihələri ilə rəsmi Ankara gücünü 2014-cü ildə qeydə alınan 60 min meqavatdan 2023-cü il üçün 120 min meqavata qaldırmaq niyyətindədir.

Xatırladaq ki, Türkiyə geotermal, günəş, külək və hidroelektrik enerjisi üçün ümumilikdə 130 mlrd. dollar sərmayə yatırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi