“Total”ın İrandakı fəaliyyətinə ABŞ-dan xüsusi icazə alması üçün 2 ay vaxtı var

“Total”ın İrandakı fəaliyyətinə ABŞ-dan xüsusi icazə alması üçün 2 ay vaxtı var Bakı. 30 may. REPORT.AZ/ Fransanın “Total” şirkəti İranda fəaliyyətini davam etdirmək üçün yaxın 2 ay ərzində ABŞ hökumətindən xüsusi icazə almalıdır.
Energetika
30 May , 2018 16:16
“Total”ın İrandakı fəaliyyətinə ABŞ-dan xüsusi icazə alması üçün 2 ay vaxtı var
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Fransanın “Total” şirkəti İranda fəaliyyətini davam etdirmək üçün yaxın 2 ay ərzində ABŞ hökumətindən xüsusi icazə almalıdır. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Fransa hökuməti “Total”ın İranda qalması üçün 60 gün ərzində ABŞ hökuməti ilə danışıqlar apara bilər”, - deyə İranın neft naziri Bijan Zanqane bildirib.

Xatırladaq ki, İranın milli neft şirkəti 2017-ci ilin iyul ayının əvvəlində “Total”la “Cənubi Pars 11” qaz yatağının işlənməsi üçün 1 mlrd. dollar dəyərində müqavilə imzalayıb. Fransa şirkət layihədə 50,1% paya malikdir. Əgər şirkət layihədən çıxsa, onun payını Çinin neft-qaz şirkəti – CNPC əldə edəcək. Hazırda Çin şirkəti layihədə 30% paya malikdir. Qalan 19,9%-lik hissə isə İranın “Petropars” şirkətinə məxsusdur. 

Bir qədər əvvəl "Total" bəyan edib ki,  xüsusi razılıq olmazsa, bu il noyabrın 4-nə qədər “Cənubi Pars 11” layihəsindən çıxacaq.  

Son xəbərlər

Orphus sistemi