Toralf Pilts: "Transxəzər qaz kəmərinin reallaşması bütün iştirakçı tərəflərdən asılıdır"

Toralf Pilts: "Transxəzər qaz kəmərinin reallaşması bütün iştirakçı tərəflərdən asılıdır" "Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan, eləcə də Avropa İttifaqının daxil olacağı işçi qrupun yaradılması mümkündür"
Energetika
8 May , 2015 17:54
Toralf Pilts: Transxəzər qaz kəmərinin reallaşması bütün iştirakçı tərəflərdən asılıdır

Bakı. 8 may. REPORT.AZ/ "Transxəzər boru kəmərinin tikintisi və həyata keçirilməsi üzrə işlərin yerinə yetirilməsi üçün Aİ bütün cəlb olunmuş tərəflər - istehsalçılar, tranzit ölkələr və istehlakçılarla danışıqlar aparır". 

Bu barədə "Report"a Aİ Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Toralf Pilts Transxəzər boru kəmərinin tikintisi ilə bağlı məsələni şərh edərkən bildirib. 

O qeyd edib ki, Aİ layihənin reallaşdırılması zaman müvafiq beynəlxalq qanunvericiliyə riayət olunmasından əmin olmaq istəyir: "Bu istiqamətdə ilk addım ötən il ətraf mühitə təsirin öyrənilməsi çərçivəsində atılıb".

Layihədə digər qaz tədarükçülərinin iştirak etməsi ehtimalı haqqında danışan T.Pilts vurğulayıb ki, Aİ bu məsələni layihənin məlum iştirakçıları ilə müzakirə etmək üçün açıqdır. 

Transxəzər qaz kəmərinin Nabucco layihəsinin aqibəti kimi olacağına dair sualı şərh edən Aİ Azərbaycan nümayəndəliyinin şöbə rəhbəri bildirib ki, çox sayda iştirakçısı olan layihənin uğuru və ya uğursuzluğu layihədə iştirak edən bütün tərəflərdən asılıdır: "Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin mayın 1-də Aşqabada səfərinin yekunlarına görə, Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan, eləcə də Avropa İttifaqının daxil olacağı Transxəzər layihəsi üzrə işçi qrupu yaradıla bilər".

Son xəbərlər

Orphus sistemi