​TAP üçün Yunanıstanda daha bir sənəd alınıb

​TAP üçün Yunanıstanda daha bir sənəd alınıb TAP üçün Quraşdırma İcazəsi verilib
Energetika
8 İyun , 2016 13:39
​TAP üçün Yunanıstanda daha bir sənəd alınıb

Bakı. 8 iyun. REPORT.AZ/ Yunanıstan Ətraf Mühit və Energetika Nazirliyi bu ölkədə Trans-Adriatik Boru Kəməri (TAP) üçün Quraşdırma İcazəsi verildiyini elan edib.

"Report" TAP Konsorsiumuna istindən xəbər verir ki, 2016-cı ilin yanvar ayında verilən Quraşdırma Aktı ilə birlikdə, yeni icazə verilən Quraşdırma İcazəsi Yunanıstanda boru kəmərinin tikintisi fəaliyyətinin qrafik üzrə icrasına imkan verir.

TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib ki, Yunanıstan hökuməti və səlahiyyətli orqanlarla bütün səviyyələrdə nümunəvi əməkdaşlıqdan faydalanaraq layihənin icrası gözlənildiyi kimi inkişaf edir: "Məmnuniyyətlə qeyd edim ki, Yunanıstan üçün boru qrupları Saloniki və Kavalaya çatdırılmağa davam etdirilir".

Son xəbərlər

Orphus sistemi