Bakı. 17 avqust. REPORT.AZ/ Almaniyanın “Rosen Group” şirkəti Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin subpotradçısı seçilib. “Report”un adıçəkilən qurumun yaydığı rəsmi məlumata istinadən verdiyi xəbərə görə, şirkət Fransanın “Spiecapag” şirkəti ilə müqavilə bağlayıb.
“Rosen Group” TAP-ın “onshore”lardakı hissəsinin tikintisi ilə məşğul olacaq “Spiecapag”ı istismardan öncəki mərhələdə avadanlıqlarla təchiz edəcək. Şirkətin təmin edəcəyi avadanlıqlara izləmə sistemləri, istismaröncəsi alətlər daxildir.
Qeyd edək ki, “Spiecapag” ümumilikdə 400 km ərazidə mühəndislik, tədarük və tikinti (EPC) ilə məşğul olacaq ki, onun da 185 km-i Yunanıstan, qalan 215 km-i isə Albaniya ərazisinə düşür.
Xatırladaq ki, TAP-ın 5 səhmdarı var: SOCAR, BP, "Snam S.p.A"ın hər biri 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya sahibdir.