​"Statoil" TAP-dakı payını satır

​"Statoil" TAP-dakı payını satır SOCAR isə "Statoil"in payını almaq üçün artıq bir neçə şirkətin müraciət etdiyini açıqlayıb
Energetika
20 İyul , 2015 17:33
​Statoil TAP-dakı payını satır

Bakı. 20 iyul. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti Trans-Adriatik Boru Xətti (TAP) layihəsindəki 20%-lik payını satır. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, "Statoil" bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib.

SOCAR isə "Statoil"in payını almaq üçün artıq bir neçə şirkətin müraciət etdiyini açıqlayıb.

"Statoil" şirkəti məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Xatırladaq ki, iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı bu ölkənin "Snam" şirkəti də TAP-da pay almaq istədiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi