​Son bir ildə "Azərişığ"a 10 minə yaxın abonent müraciət edib

​Son bir ildə "Azərişığ"a 10 minə yaxın abonent müraciət edib Bu müraciətlər "ASAN xidmət" mərkəzləri vasitəsilə edilib
Energetika
12 Avqust , 2015 17:28
​Son bir ildə Azərişığa 10 minə yaxın abonent müraciət edib

Bakı. 12 avqust. REPORT.AZ/ Ötən ilin may ayından indiyədək "ASAN xidmət" vasitəsilə "Azərişıq" ASC-nin xidmətləri üçün 9 936 abonent müraciət edib. "Report" xəbər verir ki, bu barədə "Azərişığ"ın yaydığı hesabatda deyilir.

Hesabata görə, abonentlərin 3 647-si və ya 36,7%-i texniki şərtin alınması, 3 569-u və ya 35,9%-i borcun araşdırılması, 1 982-si, yaxud 20%-i ad dəyişmə və 738-i və ya 7,4%-i isə arayışların verilməsi üçün müraciət edib.

Xatırladaq ki, "Azərişıq" ötən ilin mayında 4 saylı Bakı "ASAN xidmət" mərkəzində, sonradan isə 1 və 2 saylı mərkəzlərdə fəaliyyət göstərməyə başlayıb. Bu ilin avqust ayından etibarən isə fəaliyyət genişləndirilərək Sumqayıt, Sabirabad və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərinə də yayılıb.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində abunəçilər borcun olmamasına dair arayışın alınması, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, qeyri-əhali üzrə texniki şərt müraciətlərinin qəbulu, borcun araşdırılması xidmətlərindən yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi