Son 14 ildə qeyri-neft sektoru hər il 6% artıb

Son 14 ildə qeyri-neft sektoru hər il 6% artıb Bakı. 12 aprel. REPORT.AZ/ Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7% artıb.
Energetika
12 Aprel , 2018 12:05
Son 14 ildə qeyri-neft sektoru hər il 6% artıb

Bakı. 12 aprel. REPORT.AZ/ Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7% artıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.

O qeyd edib ki, güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılıb: “Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş verib, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaradıb. Ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olub”.

Komitə sədri qeyd edib ki, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə iqtisadiyyatın qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahəsi olub. Onun sözlərinə görə, 2003-cü illə müqayisədə 2017-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,2 dəfə və ya hər il orta hesabla 18,8% artıb.

Son xəbərlər

Orphus sistemi