​SOCAR yeni zavod tikir - YENİLƏNİB

​SOCAR yeni zavod tikir - YENİLƏNİB SOCAR və "Maire Tecnimont" şirkəti arasında müqavilə imzalanıb
Energetika
5 Fevral , 2016 13:06
​SOCAR yeni zavod tikir - YENİLƏNİB

İlk xəbər saat 12:26-da verilib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "Maire Tecnimont" şirkəti arasında Yüksək Sıxlıqlı Polietilen zavodunun inşası layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə sabit qiymətli müqavilə imzalanıb.

"Report" xəbər verir ki, müqaviləyə əsasən, müəssisənin istismara verilməsinə qədər mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materailların satın alınması, quraşdırılması və tikinti işləri İtaliya şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, müqavilənin dəyəri 180 mln. dollar təşkil edir.

Müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliya şirkətinin İdarə Heyətinin sədri Fabritsio di Amato imzalayıblar.

***

Mərasimdən öncə keçirilən görüşdə qeyd olunub ki, Bakı şəhərindən 30 km aralıda, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavod Azərbaycan neft-kimya sənayesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

İmzalanma mərasimində isə bildirilib ki, 2015-ci ilin aprel ayında "Maire Tecnimont" şirkətinin SOCAR tərəfindən YSPE layihəsi üzrə tenderin qalibi elan olunması və mühəndislik, təhcizat və tikinti üzrə sabit qiymətli müqavilənin imzalanması "Maire Tecnimont" Qrupuna bəslənilən etimadın və verilən yüksək qiymətin təzahürüdür. "Maire Tecnimont" şirkətinin baş icraçı direktoru Pyerroberto Foljiyero bu etimadı Qrupun poliolefin sənayesində mühəndislik, tikinti sahəsi üzrə yüksək rəqabət qabiliyyətinə göstərilən etimad kimi dəyərləndirib.

İngilis versiyası FotoSOCAR builds a new plant

Son xəbərlər

Orphus sistemi