SOCAR və “Statoil” şirkətləri "Qarabağ" yatağı, “Əşrəfi” və “Dan Ulduzu” strukturlarının işlənilməsini müzakirə edib

SOCAR və “Statoil” şirkətləri "Qarabağ" yatağı, “Əşrəfi” və “Dan Ulduzu” strukturlarının işlənilməsini müzakirə edib SOCAR-da "Statoil" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Energetika
14 Sentyabr , 2017 17:40
SOCAR və “Statoil” şirkətləri Qarabağ yatağı, “Əşrəfi” və “Dan Ulduzu” strukturlarının işlənilməsini müzakirə edib
Socar.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Abdullayev SOCAR və “Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açıb, “Statoil”un “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan kimi qlobal əhəmiyyətli layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında razılaşdırılmış şərtlər əsasında AÇG layihəsi üzrə 2050-ci ilədək davam edəcək yeni müqavilənin imzalanmasını əlamətdar hadisə adlandıran R.Abdullayev yeni müqavilənin xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha sübut etdiyini və tərəfdaşlığı yeni müstəviyə qaldırdığını bildirib.

L.K.Baxer “Statoil”un Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərdiyini və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilənin bu yubileyə ən yaxşı hədiyyə olduğunu qeyd edib. Enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayan Baxer AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. O, AÇG layihəsinin təmsil etdiyi şirkətin beynəlxalq fəaliyyətində hələ uzun illər mühüm yer tutacağına əminliyini ifadə edib. 

Görüşdə SOCAR və "Statoil" şirkətləri tərəfindən “Qarabağ” yatağı, “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturların birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib, fikir mübadiləsi olub. Eyni zamanda şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunub. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi