Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Qazprom" qaz nəqlinin artırılması, qaz və maye karbohidrogen üzrə ticarət əməliyyatlarının genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "Qazprom"un məlumatında bildirilir.
Müzakirələr Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev ilə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller arasında baş tutan işgüzar görüş zamanı aparılıb.
"Tərəflər qaz, maye karbohidrogen, qaz-kimya məhsulları üzrə ticarət əməliyyatlarının genişləndirilməsi və qaz nəqlinin artırılması perspektivlərini müzakirə ediblər", - deyə şirkətin press-relizində qeyd olunur.