SOCAR Ukraynada 60-cı yanacaqdoldurma məntəqəsini açıb

SOCAR Ukraynada 60-cı yanacaqdoldurma məntəqəsini açıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
Energetika
15 Avqust , 2019 17:00
SOCAR Ukraynada 60-cı yanacaqdoldurma məntəqəsini açıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

“Report”un məlumatına görə, bu barədə “SOCAR Ukraine” Ticarət Evindən bildiriblər.

Məlumata görə, yeni YDM Kiyevin Stoliçnoye şosse 100 ünvanında yerləşir. Yeni YDM ultramüasir sənaye stilində olan yenilənmiş dizayna malikdir.

Bildirilib ki, SOCAR YDM-lərində yüksək keyfiyyətli genişlənməyə malik şüşə-diodlu (LED) ekranlar yerləşdirilib ki, bunların sayəsində avtomobilsevərlər onunla yaxın üç gün üçün proqnozlaşdırılan hava durumunu, valyuta məzənnələrini və digər faydalı məlumatlar ala biləcəklər.

"Yeni yanacaqdoldurma məntəqəsinin ticarət zalının və mağazasının sahəsi 137 kv.metdən çoxdur. Stansiya yüngül neft məhsullarının satışı üçün avtomobili yanacaqla doldurma üçün ikitərəfli 5 tapança, həmçinin 4 tapancalıq LPG doldurmaq üçün yanacaqdoldurma ilə təchiz edilib. Müştərilər burada “A-92”, “A-95”, həmçinin “Nano - А 98”, “А 95”, “Diesel Nano” və “Diesel Nano Extro” yanacağının da doldura bilərlər.

Ənənəyə uyğun olaraq, SOCAR-ın qonaqları əlavə pulsuz xidmətlərdən də istifadə edə bilərlər: Bura təkərlərin doldurulması, ayaqqabıların avtomotik təmizlənməsi, mobil telefonların enerji ilə doldurulması və Wi-Fi daxildir. Burada bankomat və pul dəyişən aparat da olacaq.Uşaqlı analar üçün isə SOCAR-ın istənilən yanacaqdoldurma məntəqəsində əlaqəli məhsulların ənənəvi dəsti ilə yanaşı, eksklüziv premium marka və eko məhsullar geniş şəkildə təmsil olunur",- məlumatda qeyd edilib.

Yeni YDM Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən 60-cı, Kiyev regionunda isə 13-cü yanacaqdoldurma məntəqəsi olub.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi