Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixracı ötən ilin avqust ayına nisbətən 11% azalıb, təyyarə yanacağının ixracı isə 40% artıb.
Bu ilin yanvar-avqust ayları ərzində İdarə tərəfindən 650,797 min ton dizel yanacağı, 159,467 min ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Hesabat dövründə dizel yanacağının ixracı 3%, təyyarə yanacağının ixracı 33% artıb, soba mazutunun ixracı isə 33% azalıb.
Qeyd edək ki, cari ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 538,51 dollar, təyyarə yanacağı 457,26 dollar, dizel yanacağı 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti isə 232,36 dollar təşkil edib.