Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 16 853 metr qazma işi görülüb.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin iki ayında aparılan qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 19% çox olub.
SOCAR üzrə həyata keçirilmiş qazma işlərinin hamısı istismara aid olub.
İki ay ərzində aparılan qazma işlərinin 7 044 metri fevral ayında həyata keçirilib ki, bu da ötən ilin fevralından 0,77% çoxdur.
Bundan əlavə, fevral ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 5 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.