SOCAR qaz almaq üçün "Qazprom"a müraciət edib

SOCAR qaz almaq üçün "Qazprom"a müraciət edib Rövnəq Abdullayev: "Qazı əsasən quyulara və anbarlara vurmaq üçün alırıq"
Energetika
11 May , 2016 12:17
SOCAR qaz almaq üçün Qazproma müraciət edib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın alınması məqsədi ilə Rusiyanın "Qazprom" şirkətinə müraciət edib və hazırda qarşı tərəfdən cavab gözləyir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. 

R.Abdullayev alınması nəzərdə tutulan qazın həcmini də açıqlayıb: "Bizə 3-5 mlrd. kubmetr qaz lazımdır. Qazı əsasən quyulara və anbarlara vurmaq üçün alırıq. Bilirsiniz ki, bizim ambarların tutumu 5 mlrd. kubmetrdən çoxdur, lakin hələlik ora maksimum 3,5 mlrd. kubmetr vurmuşuq".

Son xəbərlər

Orphus sistemi