​SOCAR prezidenti "Qazprom"un sədri ilə görüşüb

​SOCAR prezidenti "Qazprom"un sədri ilə görüşüb Tərəflər energetika sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib
Energetika
19 İyun , 2015 17:36
​SOCAR prezidenti Qazpromun sədri ilə görüşüb

Bakı. 19 iyun. REPORT.AZ/ Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller arasında igüzar görüş olub.

"Report" xəbər verir ki, bu haqda "Qazprom" saytı məlumat yayıb.

Xəbərə görə, tərəflər energetika sahəsində, o cümlədən təbii qazla bağlı qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 2009-cu ildə "Qazprom"la SOCAR arasında Azərbaycan təbii qazının alqı-satqısına dair müqavilə imzalanıb, 2010-cu ildən isə Azərbaycandan təbii qaz tədarük edilib. 2012-ci ildə mövcud müqaviləyə əlavələr imzalanıb və 2013-cü ildə Azərbaycandan Rusiyaya ixrac edilən təbii qazın həcmi 1,4 mlrd. kubmetr olub, 2014-cü ildə bu rəqəm 0,21 mlrd. kubmetr azalıb. Bu il isə Azərbaycandan Rusiyaya qaz ixrac edilməyib.  

Son xəbərlər

Orphus sistemi