SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.
Energetika
24 Dekabr , 2019 17:58
SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi