SOCAR prezidenti Abu-Dabidə keçirilən "dəyirmi masa"da iştirak edib

SOCAR prezidenti Abu-Dabidə keçirilən "dəyirmi masa"da iştirak edib Bakı. 13 noyabr. REPORT.AZ/ Ötən gün Abu-Dabidə (BƏƏ) neft şirkətlərinin rəhbərlərinin toplandığı II illik dəyirmi masa keçirilib.
Energetika
13 Noyabr , 2017 10:57
SOCAR prezidenti Abu-Dabidə keçirilən dəyirmi masada iştirak edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Ötən gün Abu-Dabidə (BƏƏ) neft şirkətlərinin rəhbərlərinin toplandığı II illik "dəyirmi masa" keçirilib.

“Report” Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) yaydığı məlumata istinadən xəbər verir ki, 26 şirkətin rəhbərinin qatıldığı tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də iştirak edib.

"Dəyirmi masa"da enerji sektorunda təchizat və tələbin dinamikasındakı dəyişikliklər və s. aktual məsələlər müzakirə olunub.

ADNOC-un baş ofisində keçirilən "dəyirmi masa"da şirkətin rəhbəri əl Cabir bildirib ki, tədbir neft və qaz sənayesi liderlərinin fikirlərini bölüşməsi və enerji sektorunun inkişaf perspektivləri, onun təchizat və tələbə təsirinin müzakirəsi baxımından əvəzsiz imkan yaradıb.

"Dəyirmi masa"da “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin H.əl-Nasir, BP şirkətinin baş icraçı direktoru Bob Dadli, “Exxon Mobil” şirkətinin sədri Darren Vuds, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne və digər şirkətlərin rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi