“SOCAR Petroleum” sürücülər üçün yeni kampaniyaya başlayıb

“SOCAR Petroleum” sürücülər üçün yeni kampaniyaya başlayıb Kampaniya bir il müddətində davam edəcək
Energetika
6 Oktyabr , 2017 10:30
“SOCAR Petroleum” sürücülər üçün yeni kampaniyaya başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ “SOCAR Petroleum” QSC "ASAN Radio" ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, kampaniya bir il müddətində davam edəcək.

Belə ki, həftə içi üç gün hər dəfə günün fərqli saatlarında "ASAN Radio"nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər müsabiqədə radionun aparıcısı tərəfindən elan olunan "ASAN Xidmət"ə birinci yaxınlaşan sürücü qalib hesab olunur və 30 manat dəyərində kuponu əldə edir. 

Bakıda 5 "ASAN Xidmət", Sumqayıtda 1 "ASAN Xidmət" mərkəzi var. Kuponu əldə edən qalib “SOCAR Petroleum” QSC-yə məxsus bütün yanacaqdoldurma məntəqələrinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə edəcək. 

“Bundan sonra da şirkət müxtəlif növ kampaniyalar keçirərək müştəriləri sevindirəcək”, - “SOCAR Petroleum”dan bildirilib.

Son xəbərlər

Orphus sistemi