SOCAR “Neft Daşları”nda itkin düşmüş neftçilərin ailələrinə yardım verilməsini öz üzərinə götürüb

SOCAR “Neft Daşları”nda itkin düşmüş neftçilərin ailələrinə yardım verilməsini öz üzərinə götürüb Onların ailələrinə 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb
Energetika
17 Dekabr , 2015 16:33
SOCAR “Neft Daşları”nda itkin düşmüş neftçilərin ailələrinə yardım verilməsini öz üzərinə götürüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunub ki, SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.                               

Son xəbərlər

Orphus sistemi