SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən - VİDEOREPORTAJ

SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən - VİDEOREPORTAJ Son illərdə Azərbaycanda neft-kimya sənayesinin sürətli inkişafı və yeni zavodların inşa olunması ilə yaranan ixtisaslaşmış kadrlara olan tələbat kadrların hazırlığını labüd edib. Sənaye üçün tələb olunan peşəkar kadrların hazırlığını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt təlim-tədris mərkəzi həyata keçirir. Mərkəz, əsasən Sumqayıtda yerləşən “Azərikimya” İstehsalat Birliyinin, Karbamid və “SOCAR Polymer” zavodlarının, habelə digər kimya sənayesi müəssisələrinin kadr hazırlığı ehtiyaclarını ödəyir.
Energetika
7 Yanvar , 2020 12:31
SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən - VİDEOREPORTAJ

Son illərdə Azərbaycanda neft-kimya sənayesinin sürətli inkişafı və yeni zavodların inşa olunması ilə yaranan ixtisaslaşmış kadrlara olan tələbat kadrların hazırlığını labüd edib. Sənaye üçün tələb olunan peşəkar kadrların hazırlığını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt təlim-tədris mərkəzi həyata keçirir.  Mərkəz, əsasən Sumqayıtda yerləşən  “Azərikimya” İstehsalat Birliyinin, Karbamid və “SOCAR Polymer” zavodlarının, habelə digər kimya sənayesi müəssisələrinin kadr hazırlığı ehtiyaclarını ödəyir.

Mərkəzdə təhsil alan şagirdlər Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan şəxslərdir. Müvafiq imtahandan keçərək qəbul olunan şagirdlər 10 aylıq təhsil zamanı Mərkəzin ixtisaslaşmış emalatxanaları ilə yanaşı, yuxarıda adları çəkilən zavodlarda da istehsalat təcrübəsi keçirlər. Beynəlxalq standartların tələblərinə uyğun keçirilən tədris prosesinin sonunda yekun imtahan keçirilir, imtahandan uğurla keçən şəxslər müvafiq sertifikata yiyələnir, həmçinin zavodlarda işlə təmin olunurlar. 

Təlim-Tədris Mərkəzində təhsil aldıqları müddətdə şagirdlər aylıq təqaüd və pulsuz yeməklə təmin olunurlar.

Hazırda Mərkəzdə “Yeni fəhlə kadrlarının hazırlanması” proqramı daxilində 7 peşə üzrə 8 qrupda 111 nəfər şagird təhsil alır.

Mərkəzdə 2019-cu il ərzində 353 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Mərkəz müasir avadanlıqlarla təchiz olunub. 2017-ci ildə Mərkəzdə Yaponiyanın tanınmış “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı qurulub. Bu da avtomatik idarəetmə sistemləri, proqram təminatı, CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin artırılmasıdır.

Beləliklə, “Report” Sumqayıt təlim-tədris mərkəzindən videoreportajı təqdim edir:

Son xəbərlər

Orphus sistemi