SOCAR-ın Türkiyədəki iki qaz məntəqəsinin ləğv olunmuş lisenziyası bərpa olunacaq

SOCAR-ın Türkiyədəki iki qaz məntəqəsinin ləğv olunmuş lisenziyası bərpa olunacaq Yeni tələblərə uyğun olaraq, hər bir məntəqə üçün ayrıca lisenziya alınacaq
Energetika
18 Dekabr , 2015 12:17
SOCAR-ın Türkiyədəki iki qaz məntəqəsinin ləğv olunmuş lisenziyası bərpa olunacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ "SOCAR Turkey LNG Satış A.Ş"-nin tələbi ilə ləğv edilən Gemlik və Eskişəhər CNG (Sıxılmış Təbii Qaz) satış məntəqələrinin lisenziyaları təkrar bərpa olunacaq. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, "SOCAR Turkey LNG" şirkətinin aldığı lisenziya hər CNG satış məntəqəsi üçün ayrılıqda veriləcək: "Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) bu il martın 19-dan etibarən CNG satış məntəqələrinin hər biri üçün ayrılıqda iş yeri açmaq və fəaliyyət icazəsinin alınması tələbini irəli sürüb və CNG satış məntəqələrinin sentyabrın 18-dək bu icazəni alması məcburi edilib. Gemlik və Eskişəhər CNG satış məntəqələri üçün lazımi Təhlükəli İş Yeri (GSM) vəsiqəsi bu tarixə qədər hazır olmayacağı üçün bu iki lisenziya "SOCAR Turkey LNG"-nin tələbi əsasında ləğv edilib".

Lakin qeyd olunub ki, şirkət tərəfindən GSM vəsiqələri alındıqdan sonra bu lisenziya Enerji Bazarını Tənzimləmə Təşkilatı tərəfindən təkrar bərpa olunacaq.

"Rəsmi sənədləşmə məsələləri səbəbindən baş vermiş bu hadisənin fərqli şərhlərə məruz qalmasını doğru qəbul etmirik. "SOCAR Turkey LNG Satış Anonim Şirkəti"nin hazırda digər CNG məntəqələri satışa davam etməsi üçün tələb olunan lisenziyaya sahibdir və satış əməliyyatları davam etməkdədir", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi