SOCAR-ın Qara dənizdəki terminalı neft daşımalarını 11% artırıb

SOCAR-ın Qara dənizdəki terminalı neft daşımalarını 11% artırıb Son 7 ildə bu terminal 19,5 mln. ton karbohidrogen və neft-kimya məhsulları qəbul edib
Energetika
3 Dekabr , 2015 12:49
SOCAR-ın Qara dənizdəki terminalı neft daşımalarını 11% artırıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Qara dənizdəki Kulevi terminalından 2,150 mln. ton karbohidrogen qəbul edilərək yola salınıb.

"Report" terminalın saytına istinadən xəbər verir ki, bu həcmin 51%-i ağır neft məhsulları, 48%-i yüngül neft məhsulları və 1%-i propilenin payına düşüb.

Bu il limandan yola salınan məhsulların həcmi ötən ilin müvafiq dövründən 11% çox olub.

Bu ilin III rübündən liman benzin və qazoyl da qəbul etməyə başlayıb. Yeni əməliyyatların başlanmasından 23,5 min ton benzin, 8,3 min ton qazoyl qəbul edilib.

Qeyd edək ki, 2008-ci ildən terminal 19,5 mln. ton karbohidrogen və neft kimya məhsulları qəbul edərək yola salıb.

Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi