SOCAR-ın prezidenti CDC şirkətinin karantin düşərgəsi ilə tanış olub - VİDEO

SOCAR-ın prezidenti CDC şirkətinin karantin düşərgəsi ilə tanış olub - VİDEO Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Caspian Drilinq Compani Limited” MMC-nin (CDC) koronavirus (COVID-19) pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirdiyi proflaktik tədbirlərlə tanış olmaq üçün bu şirkətin müasir dəniz təchizat bazasında təşkil olunmuş karantin düşərgəsində olub.
Energetika
15 May , 2020 18:59
SOCAR-ın prezidenti CDC şirkətinin karantin düşərgəsi ilə tanış olub - VİDEO

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Caspian Drilinq Compani Limited” MMC-nin (CDC) koronavirus (COVID-19) pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirdiyi proflaktik tədbirlərlə tanış olmaq üçün bu şirkətin müasir dəniz təchizat bazasında təşkil olunmuş karantin düşərgəsində olub.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, əsas payı SOCAR-a məxsus olan CDC qazma şirkəti xüsusi karantin düşərgəsi yaradaraq yüksək peşəkarlğa malik qazma mütəxəssislərinin sağlamlığının qorunması və qazma əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüb. Tədbirlər Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın və TƏBİB-in müəyyən etdiyi qaydalara və təlimatlara uyğun həyata keçirilir. Düşərgədə əməkdaşların təhlükəsiz izolyasıyasını təmin etmək məqsədi ilə 160 nəfər işçinin hər biri üçün ayrıca istirahət otaqları inşa olunub, bütün otaqlar internet və peyk antenası ilə təchiz edilib. Düşərgə bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını fasiləsiz növbə çəkir. Qurğularda çalışan əməkdaşlar əvvəlcə düşərgədə yerləşdirilir, karantin müddətini keçdikdən sonra COVID-19 üzrə test nəticələri mənfi olduqda onların qurğuya getməsinə icazə verilir.

CDC 1996-cı ildə yaradılıb. Şirkət Heydər Əliyev, Dədə Qorqud və İstiqlal yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatları həyata keçirir. Hazırda MMC Qazaxıstandan gətirilmiş Sətti özüqalxan qazma qurğusunda moderinizasiya işləri aparır.

Son xəbərlər

Orphus sistemi