​SOCAR prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

​SOCAR prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib Görüşdə bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
Energetika
17 Dekabr , 2014 16:47
​SOCAR prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan BP şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev SOCAR və BP arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu əməkdaşlığın son dövrdə daha da genişləndiyini söyləyib. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini vurğulayan SOCAR prezidenti bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.

Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu ifadə edən R.Dadli hər gəlişində Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu, şəhərin yüksək sürətlə inkişaf etdiyini qeyd edib. Azərbaycan neft-qaz sənayesinin inkişafında BP-nin yaxından iştirak etməsindən qürur duyduğunu söyləyən R.Dadli şirkətin ölkədəki fəaliyyətində göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Tərəflər əmin olduqlarını qeyd ediblər ki, Azərbaycanda bu gün birlikdə həyata keçirilən bütün neft-qaz layihələri (AÇG, BTC, “Şahdəniz” və s.) uğurla davam edəcək, Azərbaycanda, qonşu ölkələrdə indiyə qədər olduğu kimi iqtisadi inkişafın lokomotivi rolunu oynayacaq, digər istehlakçı ölkələrin enerji təchizatına mühüm töhfə verəcək.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi