SOCAR-ın idarə və müəssisələrində Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər keçirilib

SOCAR-ın idarə və müəssisələrində Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər keçirilib Müəssisə rəhbərləri və əmək kollektivinin üzvləri onun büstü önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər
Energetika
10 May , 2017 19:48
SOCAR-ın idarə və müəssisələrində Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər keçirilib
SOCAR

Bakı. 10 may. REPORT.AZ/ Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində də geniş qeyd olunur, bu münasibətlə silsilə tədbirlər keçirilir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, şirkətin “Azneft” İstehsalat Birliyində, Hеydər Əliyеv аdınа Nеft Emаlı Zаvоdunda, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Qaz emalı zavodunda və SOCAR-ın digər sturktur bölmələrində müəssisə rəhbərləri və əmək kollektivinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər. 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilmiş tədbirdə zavodun direktoru Roman Nağıyev və “BOS-Şelf” MMC-nin baş direktorunun müavini Nazim Hüseynov çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanın inkişafına verdiyi töhfələrdən, Ulu öndərin adını daşıyan zavodda icra olunmuş uğurlu layihələrdən söz açıblar. Çıxışlarda qeyd olunub ki, bu nəhəng istehsal müəssisəsi 13 ildir ki, Ulu öndərin adını daşıyır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan zavod dahi liderin müəyyənləşdirdiyi uğurlu neft-qaz siyasətinin həyata keçirilməsində öz töhfəsini verməkdədir. Bildirilib ki, Heydər Əliyev zavodun tikintisi zamanı bütün mərhələlərdə görülən işlərlə yaxından maraqlanıb, istehsalat müşavirələri keçirib. Müstəqillik dövründə isə zavod öz potensialı ilə bir sıra layihələrin, xüsusilə də “Əsrin müqaviləsi”nin icrasında mühüm rol oynayıb. 

Qaz emalı zavodunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə zavodun direktoru Aqşin Paşayev, Həmkarlar İttifaqı komitəsinin sədri Əli Mahmudov çıxış edərək Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, enerji strategiyasının uğurla həyata keçirilməsindən danışıb, dahi rəhbərin parlaq xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi