​SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə yardım edir

​SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə yardım edir Şirkət rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir
Energetika
16 İyun , 2015 16:23
​SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə yardım edir

Bakı. 16 iyun. REPORT.AZ/ İyunun 13-14-də Tbilisi şəhərində baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə "SOCAR Energy Georgia" şirkəti də fəal iştirak edir. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "SOCAR Energy Georgia" zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırıb. Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 min litr yanacaqla təmin olunub. Şirkət rəhbərliyi yardım tədbirlərinin digər variantlarının da nəzərdən keçirildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi